AZ

İki Arda İspaniyada rəqib ola bilər

Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dieqo Simeonenin "Atletiko"dan potensial gedişi ilə Arda Turanın baş məşqçi vəzifəsinə namizədlər arasında olduğu bildirilir. Əgər bu baş verərsə, Arda Turan və "Real"dan Arda Güler İspaniyada rəqib ola bilərlər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Simeonenin mümkün gedişindən sonra Arda Turanın "Atletiko"nun baş məşqçi vəzifəsinə potensial namizədlər siyahısında olması ilə bağlı şayiələr diqqəti cəlb edib. Əgər bu, gerçəkləşərsə, Türkiyə futbolu üçün maraqlı bir ssenari yarada bilər.

İspaniyanın “Fichajes” qəzetinin məlumatına görə, “Atletiko” rəhbərliyi klubun DNT-sini başa düşən və soyunma otağında güclü liderlik təmin edə biləcək Simeonenin potensial varislərini qiymətləndirir. Namizədlər arasında Arda Turan, Filipe Luis və Qabi də var.

Uzun illər "Atletiko"da uğurla çıxış edən Arda Turanın baş məşqçi vəzifəsinə namizədlər arasında olması futbol dünyasında diqqət çəkib. Bildirilir ki, klub rəhbərliyi komandanı yaxşı tanıyan keçmiş oyunçular axtarır.

Əgər bu ssenari gerçəkləşərsə, "Atletiko"nu çalışdıracaq Arda Turan, hazırda "Real"da oynayan Türkiyə millisinin ulduzu Arda Gülerlə qarşılaşa bilər. Beləliklə, Türkiyə futbolunun iki görkəmli siması İspaniyada məşqçi-oyunçu rəqabətində üz-üzə gələ bilər.

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
lent.az

1Mənbələr