
İran Küveyt ərazisində yerləşən neft emalı zavoduna raket zərbəsi endirib. Bu barədə İsrailin “12-ci kanal”ı məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində güclü partlayış baş verib və hadisə yerində böyük alov sütunu müşahidə olunub.
Zərbənin fəsadları və mümkün itkilər barədə hələlik rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İran ərazisindəki obyektlərə, o cümlədən Tehrana zərbələr endirməyə başlayıb. Buna cavab olaraq Tehran Yaxın Şərqdəki ABŞ hədəflərinə hücumlar həyata keçirib.
Regionda hərbi gərginlik artmaqda davam edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta