AZ

İran Xameneinin planını həyata keçirir: Yaxın Şərq xaosa yuvarlanır...

FT: Tehran regionu qarışdırmaq və ABŞ ilə İsrailə təzyiq göstərmək üçün öz planını işə salıb…

İranın öldürülmüş ali rəhbəri Əli Xamenei tərəfindən hazırlanmış planın həyata keçirilməsinə başlanıldığı iddia olunur.

Poliqon xəbər verir ki, bu barədə Financial Times qəzeti İran hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, sözügedən plan Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirməyi, həmçinin ABŞ-nin və İsrailin regiondakı maraqlarına təzyiq göstərməyi hədəfləyir. Strategiyanın əsas istiqamətlərindən biri enerji infrastrukturu və regional hava məkanında ciddi pozuntular yarada biləcək obyektlərə zərbələr endirilməsini nəzərdə tutur.

Mənbənin sözlərinə görə, planın hazırlanmasına ötən ilin iyun ayında ABŞ tərəfindən həyata keçirilən zərbələrdən sonra başlanılıb. Tehran həmin hadisələrdən sonra regional balansın dəyişdiyini hesab edir və buna cavab olaraq daha sərt addımların planlaşdırıldığını bildirir.

FT yazır ki, İran rəhbərliyinə yaxın mənbə vəziyyətin bu həddə çatmasının səbəbini “qırmızı xətlərin keçilməsi” ilə izah edib. Onun sözlərinə görə, belə şəraitdə İranın qarşısında “gərginliyi kəskin şəkildə artırmaqdan başqa seçim qalmayıb”.

Analitiklər hesab edir ki, belə planların həyata keçirilməsi Yaxın Şərqdə onsuz da gərgin olan təhlükəsizlik mühitini daha da ağırlaşdıra, enerji bazarlarına və beynəlxalq nəqliyyat marşrutlarına təsir göstərə bilər. Xüsusilə enerji infrastrukturu və hava məkanına yönələn mümkün hücumlar region ölkələri ilə yanaşı qlobal iqtisadiyyat üçün də ciddi risklər yarada bilər.

Poliqon.info

Seçilən
110
poliqon.info

1Mənbələr