AZ

İrandan təxliyə olunan Braziliya səfiri Azərbaycana təşəkkür etdi

ASTARA. 4 mart. TELEQRAF

"Təxliyə prosesində göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edirəm".

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Astara" sərhəd buraxılış məntəqəsi ilə İrandan təxliyə olunan Braziliyanın Tehrandakı səfiri Andre Veras Guimaraes bildirib.

“Azərbaycan hökuməti bizə çox kömək etdi. Vizaların alınması və avtomobilin ölkəyə daxil olması ilə bağlı böyük dəstək göstərildi. Mən həyat yoldaşımı və övladımı buraya gətirmişəm. Yaxın zamanda isə yenidən İrana qayıdacağam” - səfir qeyd edib.

Səfir İrandakı vəziyyət barədə danışaraq deyib: "Tehranda vəziyyət çox ağırdır. Hər gün bombardman edirlər. Xüsusilə Tehranda hücumlar çox intensiv və güclüdür. Hökumət obyektləri, ordu və İnqilab Keşikçiləri hədəf alınır. Yaşadığım yerdən çoxlu partlayışlar görürdüm. Həqiqətən, çox idi, saysız-hesabsız. Ölkə üzrə təxminən 2 minə yaxın hücumun baş verdiyi deyilir”.

Seçilən
12
3
teleqraf.com

6Mənbələr