Araz-Naxçıvan - Zirə 0:1 (0:0)
12. Kristian Avram – 5,5
5. Slavik Alxasov – 5,5
(77. Bruno Franko, 66) - 4,5
4. Rahil Məmmədov - 5,0
3. Bəxtiyar Həsənalızadə - 5,0
26. Ömər Buludov – 5,0
(14. Ülvi İsgəndərov, 78) - qiymətsiz
6. Patrik Andrade – 5,5
8. Coşqun Diniyev – 5,5
10. Felipe Santos – 6,0
19. Bar Kohen – 5,0
(23. Nuno Rodriges, 58) - 5,0
7. Hamidu Keyta – 4,5
(70. Şarl Boli, 66) - 4,5
16. Ramon Maçado - 5,0
(11. Ba-Muaka Simakala, 46) - 4,5
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
17. İssuf Paro
Baş məşqçi: Andrey Demçenko
Komandanın ən yaxşısı: Felipe Santos
97. Tyaqo Silva – 6,0
25. Enrike Kustodio – 5,5
26. Stefan Aka – 5,5
5. Ange Mutsinzi – 5,5
32. Qismət Alıyev - 6,0
30. Rikardo Martins – 5,5
17. Ayron Qomis – 6,5
22. Ərən Aydın - 5,5
(11. Junior Martins, 59) - 5,0
10. Georgi Papunaşvili - 5,5
(29. Ceyhun Nuriyev, 59) - 5,0
19. Rüfət Abdullazadə - 5,5
(7. Rövlan Muradov, 73) - 4,0
9. Davit Volkov – 6,0
(28. Leroy Mikels, 73) - 4,0
Ehtiyat oyunçular
13. Aydın Bayramov
21. Hacıağa Hacılı
8. İsmayıl İbrahimli
14. Elçin Əlicanov
20. İssa Cibrila
6. Eldar Quliyev
Qollar: A.Qomis, 68 (Q.Alıyev).
Vərəqələr: N.Rodriges, 64 (qeyri-idman hərəkəti). R.Martins, 82 (qeyri-idman hərəkəti). C.Nuriyev, 90+2 (qeyri-idman hərəkəti). A.Mutsinzi, 90+3 (qeyri-idman hərəkəti). C.Diniyev, oyundan sonra (hakimin qərarına etiraz) - sarı.
Hakimlər: RAUF CABBAROV, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov (hamısı Bakı).
VAR hakimi: Əliyar Ağayev (Bakı).
VAR hakiminin köməkçisi: Teymur Teymurov (Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Namiq Əliyev (Bakı).
27 fevral. Bakı. “Liv Bona Dea Arena”. 60 tamaşaçı (6700 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Bu iki komandanın avrokuboklara vəsiqə uğrunda mübarizə aparması heç kimə sirr deyil. “Araz-Naxçıvan” qələbə qazanacağı təqdirdə “qartallar”ı turnir cədvəlində geridə qoyacaqdı. Matç Muxtar Respublika təmsilçisinin müəyyən üstünlüyü şəraitində başladı. Demçenkonun komandası 3-cü zonada pressinq etməklə hesabı erkən açmaq niyyətində idi.
6-cı dəqiqədə Maçado cərimə meydançasında Enrikedən topu aldı. Hətta iki zərbə endirməyə macal da tapdı. Birinci həmləsini Tyaqo dəf etdi, ikincisi isə Tyaqonun ən yaxın dostu - qapı dirəyi. 4 dəqiqə sonra nominal ev sahibləri növbəti dəfə qola yaxın oldu. Patrikin ötürməsindən sonra topu qəbul edən Santos topu qapıya yönəltdi. Lakin “çərçivə”yə düşə bilmədi. 16-cı dəqiqədə isə qonaqlar hesabı açmağa yaxın oldu. Rahil Patriki başa düşmədi və Volkov topu müdafiəçidən “oğurladı”. Gürcü forvardın zərbəsinə isə Rahil blok qoydu.
20-ci dəqiqədə standart vəziyyətdən sonra David topu Aka üçün saxladı. Nəzarətsiz qalan müdafiəçinin zərbəsi çox zəif alındı. 37-ci dəqiqədə naxçıvanlılar cəmi iki ötürmə ilə rəqibin cərimə meydançasına qədər irəlilədi. Mərkəzdən geridə topu qəbul edən Felipe Santos sürətlə rəqib qapısına tərəf şığıyırdı. Geridən onu izləyən, amma çata bilməyən Martins yaxınlaşanda isə qapıya zərbə də endirdi. Lakin braziliyalı futbolçunun artıq gücü tükənmişdi. Buna görə də zərbə zəif alındı. 44-cü dəqiqədə Rüfət cərimə meydançasında topu qəbul edərək qapıya zərbə endirdi, lakin uğurlu alınmadı. İlk yarıda “Zirə” topa sahib olmaq, nəzarət baxımından üstün olsa da, “Araz-Naxçıvan” üstün göründü.
İkinci yarının əvvəlində tərəflər qapılara yaxınlaşsa da, qol vurmaqda çətinlik çəkdi. 60-cı dəqiqədə Keyta qola yaxın oldu. Amma o da hədəfdən yayındı. Bundan sonra “Zirə” rəqibi qapısına sıxışdırdı. Artıq qolun qoxusu gəlirdi. 67-ci dəqiqədə cərimə zərbəsi yerinə yetirən Qismətin asmasını Qomis başla qapıya göndərdi. “Araz-Naxçıvan” təzyiqi artırıb, bu qolun əvəzini çıxmağa çalışsa da, mümkün olmadı. 85-ci dəqiqədə Boli iti bucaq altından qapıya zərbə endirdi, onu da Aka blokladı. Beləliklə, matç “Zirə”nin qələbəsi ilə yekunlaşdı.
Qəsəbə təmsilçisi mövsümdəki 10-cu qələbə sayəsində xalını 38-ə çatdırdı, 4-cü pillədəki yerini qorudu, “Turan Tovuz”a bir az da yaxınlaşdı. “Araz-Naxçıvan” isə 5-ci pillədə qaldı.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta