AZ

Azərbaycan nefti bahalaşdı; qiymət artını nə vaxta qədər davam edəcək? Ekspert AÇIQLADI

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son günlər ABŞ-İSrail qüvvələrinin İrana hücumu nəticəsində dünya gündəminin Yaxın Şərqə, məhz Azərbayanın cənubuna yönəlməsi bir sıra təsirlərlə özünü göstərir. Beynəlxalq dairələrdə hadisələrin İranın istəkləri üzrə cərəyan etməsi nəticəsində müharibənin öz ərazisindən ətrafa səpələnməsi baş verə bilər. Bu isə regionda təkcə geosiyası yox, həm də iqtisadi sabitliyin də çökməsinə gətirib çıxaracaq.

Avtosfer.az xəbər verir ki, bu gün Azərbaycan nefti dünya birjaında 86 dollara təklif olunur və 2026-cı il üçün ən yüksək məbləğdir. Cəmiyyəti narahat edən məsələ isə ölkə neftinin qiymətinin hansı həddə qalxacağı, digər tərəfdən isə bu artımın nə qədər müddət davam edəcəyidir.

Mövzu ilə bağlı iqtisadçı ekspert İlham Şaban Avtosfer.az-a açıqlmasında bildirib ki, neftin qiymətinin artımı istənilən halda Azərbaycan üçün xeyirlidir.

“Nəyə görə? Çünki Azərbaycan iqtisadiyyatı üçün bir nümrəli ixrac məhsulu məhz xam neftdir. Ondan sonra təbi qaz, sonra artıq neft məhsullarıdır. Bu baxımdan da onun qiymətinin artımı əlavə gəlirlər deməkdir. Əlavə gəlirlər o deməkdir ki, Azərbaycan iqtisadiyyatı proqnozdan daha çox gəlir əldə edə bilər.

Ancaq bu indiki zaman kəsiyindədir. Yanvar ayında “Brent” markalı neftin orta qiyməti 64 dollardan da ucuz olub. Yəni, hesab edək ki, Azərbaycan nefti de 64-dən bir qədər baha olsun. Bu, cari il üçün dövlət büdcəsindəki qiymətdən aşağıdır. Bəli, fevral ayında haradasa 65-70 dollar arasında qiymətlər dəyişdi. İndi martın əvvəlindən orta qiymət artıq 75-80 dollar arasındadır.

Nə qədər davam edəcək bu qiymət artımı? Bu, müharibədən asılıdır. Ona görə də real olaraq iqtisadiyyatımıza verdiyi töhvəni biz rübün yekunları ilə açıqlanan qiymətdən biləcəyik. Bunu Maliyyə Nazirliyi istəsə, açıqlayacaq.

Ancaq rübdə bir dəfə Azərbaycan Mərkəzi Bankı tədiyyə balansında bu gəlirləri göstərir. Ancaq bunu da maydan tez bilmək mümkün deyil”.

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
avtosfer.az

1Mənbələr