Bakı. Trend:
Bu gün Azərbaycan Hava Yollarına məxsus xüsusi təyyarə reysi iləSəudiyyə Ərəbistanının Ciddə şəhərindən 193 nəfər Azərbaycanvətəndaşı, 9 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı və 5 nəfərRusiya vətəndaşı olan azərbaycanlı ölkəmizə təxliyyə olunub.
Trend-in Xariciİşlər Nazirliyindən istinadən verdiyi məlumata görə, bu barədəXarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi AyxanHacızadə Yaxın Şərq regionunda vətəndaşlarımızın təxliyyəsi iləbağlı yerli mətbuatın sualına cavabında deyib.
"Hərbi eskalasiya başlayan ilk gündən etibarən bölgədə yerləşənSəfirliklərimiz və Baş konsulluqlarımız fəaliyyətini gücləndirilmişrejimdə davam etdirir, vətəndaşlarımıza müvafiq dədtək göstərilməsiistiqamətində tədbirlər görülür. İndiyə qədər, bir nəfər istisnaolmaqla vətəndaşlarımız arasında xəsarət alan olmayıb.
Vətəndaşlarımızın təxliyyəsinə gəldikdə, bu gün Azərbaycan HavaYollarına məxsus xüsusi təyyarə reysi ilə Səudiyyə ƏrəbistanınınCiddə şəhərindən 193 nəfər Azərbaycan vətəndaşı, 9 nəfər Gürcüstanvətəndaşı olan azərbaycanlı və 5 nəfər Rusiya vətəndaşı olanazərbaycanlı ölkəmizə təxliyyə olunub", - deyə o bildirib.
A.Hacızadə əlavə edib ki, bununla yanaşı, ölkəmizin BirləşmişƏrəb Əmirliklərində (BƏƏ) yerləşən vətəndaşlarımızın müntəzəmreyslərlə ölkəmizə qayıdışı BƏƏ-nin aidiyyəti hava yollarıtərəfindən həyata keçirilir. Dünən ümumilikdə 257 nəfər Azərbaycanvətəndaşı ölkəmizə geri qayıdıb. Dubay şəhərindən bu gün 1, 5 marttarixində isə 2 müntəzəm təyyarə reysi nəzərdə tutulub.
"Bununla yanaşı, hal-hazırda Qətərdə olan 200 nəfərvətəndaşımızın ölkəmiz tərəfindən xüsusi təyyarə reysi ilətəxliyyəsi istiqamətində iş aparılır. Qeyd edək ki, Qətər havaməkanı bağlı olduğu üçün, vətəndaşlarımızın Səudiyyə Ərəbistanıərazisindən təxliyyəsi planlaşdırılır.
Bununla yanaşı, Xarici İşlər Nazirliyinin paylaşdığı səyahətxəbərdarlığına uyğun olaraq, İran ərazisində olan Azərbaycanvətəndaşlarının İrandan çıxışı üçün yerləşmə bölgəsindən asılıolaraq Azərbaycan və Türkiyə quru sərhəddindən istifadə olunur.İndiyə qədər 260 nəfər vətəndaşımız Azərbaycan sərhəddindən keçidedib.
Hazırda bölgədə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətinidiqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş vətövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaqdurmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahişolunur", - deyə o bildirib.