Hazırda "Astara" Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə ispan və braziliyalı diplomatların təxliyə prosesi həyata keçirilir.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, diplomatlar kiçik qruplar halında Azərbaycan ərazisinə daxil olublar. Müxtəlif vəzifələrdə çalışan bu şəxslər hazırda sərhəd-keçid məntəqəsində müvafiq yoxlanış prosedurlarından keçirilirlər.
Bəzi diplomatların vizası olmadığından, sərhəd buraxılış məntəqəsində operativ şəkildə elektron viza rəsmiləşdirilməsi həyata keçirilir.
Qısa müddət ərzində diplomatların Azərbaycan ərazisi vasitəsilə təhlükəsiz təxliyəsinin təmin olunacağı bildirilir.
***