AZ

Braziliyanın İrandakı səfiri təxliyə prosesindəki köməyə görə Azərbaycana təşəkkür edib

Braziliyanın Azərbaycana təxliyə edilən İrandakı səfiri Andre Veras Guimaraes yerli mediaya açıqlama verərək göstərilən dəstəyə görə təşəkkür edib.

"Report"un Cənub bürosu xəbər verir ki, diplomat Azərbaycan hökuməti tərəfindən onlara ciddi kömək edildiyini vurğulayıb.

"Vizaların alınması və avtomobilin ölkəyə daxil olması ilə bağlı böyük dəstək göstərildi. Mən həyat yoldaşımı və övladımı buraya gətirmişəm. Yaxın zamanda isə yenidən İrana qayıdacağam", - diplomat qeyd edib.

O, həmçinin İranda, xüsusən də Tehranda vəziyyətin çox çətin olduğunu bildirib.

Seçilən
4
far.az

1Mənbələr