AZ

''Fənərbaxça'' yenə səfərə baş məşqçisiz yollandı

''Fənərbaxça''nın baş məşqçisi Domeniko Tedeskonun yaşadığı xəstəlik ilə bağlı yeni xəbər var.

Məlum olduğu kimi italyanəsilli almaniyalı mütəxəssis qripə yoluxduğundan, halsızlıq və güclü hərarət üzündən ötən həftəsonu Antalya səfərində komandanın başında yer almamışdı. Tedesko həmin qarşılaşmanı qaldığı oteldən izləmişdi.

"Football-plus.az" xəbər verir ki, bu gün ''Fənər'' ölkə kubokunda qrup mərhələsinin 4-cü turunda səfərdə ''Qaziantep'' ilə qarşılaşacaq. Tedeskonun bu günkü matçda da komandanın başında yer almayacağı məlum olub. Antalyada olduğu kimi Antepdə də baş məşqçi funksiyasını onun köməkçisi Zəki Murat Gölə yerinə yetirəcək.

Jurnalist Sərcan Həmzəoğlunun xəbərinə görə 40 yaşlı mütəxəssis qripin ağır növlərindən olan İnfluenza xəstəliyinə yoluxub. Xəstəlik onun ağciyərlərinə də hopub. Bu üzdən məşqçi həkimlərin məsləhəti ilə bir müddət də evdə istirahət etməli olacaq. ''Fənərbaxça'' da məsələ ilə bağlı rəsmi məlumat paylaşaraq Tedeskonun müalicəsinin davam etdiyini açıqlayıb.

Klubdan verilən məlumatda qeyd olunub ki, məşqçi həftəsonu superliqa çərçivəsində ''Samsunspor''la ev oyununda artıq komandanın başında yer alacaq.

Seçilən
115
1
football-plus.az

2Mənbələr