AZ

Azərbaycanda zina dan doğulan uşaqların sayı artıb İlahiyyatçıdan AÇIQLAMA

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Azərbaycanda nikahdankənar doğulan uşaqların sayında azalma müşahidə olunsa da rəsmi rəqəmlər hələ də diqqət çəkir. Statistik məlumatlara görə 2025-ci ildə 11 min 558 uşaq rəsmi nikah olmadan dünyaya gəlib. Bu hər gün orta hesabla 32 doğum deməkdir. Ekspertlər hesab edir ki, bu statistika təkcə ailə institutunun vəziyyətini deyil, həm də cəmiyyətdə rəsmi nikaha münasibəti əks etdirir.Məsələ ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, cəmiyyətin bəzi fərdləri istədikləri kimi azad həyat yaşadıqlarını düşünərək ailə institutuna məsuliyyətsiz yanaşırlar."Ailə sadəcə iki insanın birlikdə yaşaması deyil. Ailə cəmiyyətin mənəvi və sosial dayağıdır. Tarix boyu ailə institutunun güclü olduğu cəmiyyətlər daha sabit və sağlam inkişaf edib. Ailə zəiflədikdə isə bunun təsiri yalnız iki insanın həyatında deyil, bütövlükdə cəmiyyətin gələcəyində hiss olunur. İslamın ailəyə həssas yanaşmasının səbəbi də budur. Qurani Kərimdə bildirilir ki, Allah insanlar üçün özlərindən zövcələr yaratdı ki, onların yanında rahatlıq tapsınlar və aralarında sevgi və mərhəmət olsun. Ailə insanın mənəvi rahatlıq tapdığı, sevgi və mərhəmətin formalaşdığı mühitdir" deyə o qeyd edib.Nikahdankənar münasibətlər məsələsinin yalnız dini deyil, sosial baxımdan da ciddi mövzu olduğunu deyən Əkrəm Həsənov müasir sosiologiya və demoqrafiya araşdırmalarına diqqət çəkib. O bildirib ki, ailə institutunun zəiflədiyi cəmiyyətlərdə sosial sabitlik də zəifləyir."Bir çox Qərb universitetlərinin apardığı tədqiqatlarda qeyd olunur ki, rəsmi və məsuliyyətli ailə mühitində böyüyən uşaqların psixoloji və sosial inkişafı daha stabil olur. Bu nəticə təkcə dini yanaşma deyil, eyni zamanda sosial elmlər tərəfindən gəlinən qənaətdir. Burada diqqət yetirilməli başqa bir məqam da var. Bəzi insanlar iki şəxsin birlikdə yaşamasını ailə kimi qəbul edir. Halbuki ailə yalnız birgə yaşayış deyil, məsuliyyət və hüquqi çərçivə deməkdir. Nikah institutunun mahiyyəti də bundan ibarətdir. Klassik İslam alimlərindən İmam Qəzali yazırdı ki, nikah insan münasibətlərini məsuliyyət çərçivəsinə salır və uşağın hüquqlarını qoruyur. Bu baxımdan nikah yalnız dini mərasim deyil, həm də sosial müqavilədir", - deyə ilahiyyatçı əlavə edib.İlahiyyatçının sözlərinə görə cəmiyyət və həyat tərzi dəyişə bilər, lakin insanın əsas ehtiyacları dəyişmir. O ailəni sevgi, güvən və sabitlik axtaran insanın bu ehtiyaclarını qarşılayan ən sağlam mühit hesab edir."İnsan hər zaman sevgi, güvən və sabitlik axtarır. Ailə bu ehtiyacların ən sağlam şəkildə qarşılandığı mühitdir. Buna görə də ailə institutunun zəifləməsi yalnız dini norma pozuntusu kimi deyil, sosial risk kimi də qiymətləndirilir. Eyni zamanda, belə hallarla üzləşən insanları qınamaq və ya damğalamaq düzgün yanaşma deyil. Cəmiyyətin vəzifəsi ittiham etmək deyil, maarifləndirməkdir. Gənclərə ailənin mahiyyəti, nikahın məsuliyyəti və uşağın hüquqları izah olunmalıdır. Cəmiyyət ailə dəyərlərinə daha ciddi yanaşdıqda problemlərin mühüm hissəsi aradan qalxa bilər. Tarix, din və müasir elm eyni nəticəyə gəlir. Sağlam cəmiyyət sağlam ailədən başlayır. Ailə möhkəm olduqda insan özünü daha güvənli hiss edir, uşaqlar daha sağlam mühitdə böyüyür və cəmiyyətin mənəvi dayaqları qorunur. Buna görə ailə məsələsi yalnız şəxsi həyatın deyil, bütövlükdə cəmiyyətin gələcəyini müəyyən edən əsas mövzulardandır", - deyə Əkrəm Həsənov vurğulayıb.Qeyd edək ki, İslam hüququna görə rəsmi və ya dini nikah kəsilmədən qurulan bütün cinsi münasibətlər zina hesab olunur və böyük günahlardan biri sayılır. İlahiyyatçının da qeyd etdiyi kimi nikah yalnız birgə yaşayış deyil, tərəflərin bir-biri və cəmiyyət qarşısında götürdüyü mənəvi və hüquqi öhdəlikdir. Bu əlaqənin olmadığı hallarda yaranan yaxınlıq dini baxımdan haram buyurulur və ailə institutunun müqəddəsliyinə xələl gətirən əsas amillərdən biri kimi qiymətləndirilir. Məhz bu səbəbdən nikahdankənar doğulan uşaqların sayının artması cəmiyyətdə həm mənəvi aşınma, həm də dini dəyərlərdən uzaqlaşma göstəricisi kimi qəbul edilir.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
56
50
demokrat.az

10Mənbələr