AZ

Azərbaycan Böyük Britaniya şirkəti ilə rəqəmsal infrastruktur üzrə əməkdaşlığı dəyərləndirib

Bakı. Trend:

Azərbaycan və Böyük Britaniyanın "Nscale" şirkəti arasında süniintellekt və rəqəmsal infrastruktur üzrə əməkdaşlıq imkanlarımüzakirə edilib.

Trend xəbər verirki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziriRəşad Nəbiyev "X" hesabında paylaşım edib.

"Böyük Britaniyaya səfər çərçivəsində süni intellektinfrastrukturu və xidmətləri sahəsində qlobal şirkətlərdən olan“Nscale”in Avropa, Yaxın Şərq və Afrika regionları üzrə prezidentiFilip Sachs və icraçı direktoru Fabio Fregi ilə görüş keçirdik.

Görüşdə Azərbaycanın süni intellekt və rəqəmsal infrastruktursahəsində regional mərkəzə çevrilmək məqsədilə milli strategiyahəyata keçirdiyini və bu vizyonu dəstəkləmək üçün dünya səviyyəlitexnologiya tərəfdaşları ilə əməkdaşlıq etdiyini vurğuladıq.

“Nscale”in data mərkəzləri və süni intellekt xidmətləri üzrətəcrübəsi çərçivəsində Azərbaycanla birgə investisiya, layihələr,texnoloji və kadr hazırlığı sahəsində əməkdaşlıq imkanlarınımüzakirə etdik", - paylaşımda qeyd edilib.

Məqalədə:
Seçilən
17
az.trend.az

1Mənbələr