AZ

İran İsrailə və ABŞ bazalarına zərbələr endirir – “Şahed” dronları və ballistik raketlər - Video

İranın İsrailə və regiondakı ABŞ hərbi bazalarına qarşı genişmiqyaslı hücum həyata keçirdiyi bildirilir.

Musavat.com xəbər verir ki, İran qüvvələri İsrail ərazisinə və Yaxın Şərqdə yerləşən ABŞ bazalarına doğru “Şahed” kamikadze dronlarını buraxmağa başlayıb.

Məlumata görə, eyni vaxtda İranın müxtəlif hərbi bazalarından ballistik raketlərin buraxılış görüntüləri də yayılıb. Sosial şəbəkələrdə və regional mediada yayılan kadrlarda raketlərin gecə səmasında ardıcıl şəkildə start götürdüyü görünür. 

Hərbi mənbələrin bildirdiyinə görə, hücumlar İsrail ərazisini, həmçinin regiondakı ABŞ hərbi obyektlərini hədəfə alır. Zərbələrin əsasən Fars körfəzi ətrafındakı ABŞ bazaları, o cümlədən Bəhreyn, Küveyt və digər strateji məntəqələr istiqamətində həyata keçirildiyi bildirilir.


Musavat.com

Seçilən
90
17
musavat.com

10Mənbələr