AZ

“Kürdlər hər yerdə uğursuz olur” – Kreml ideoloqundan sərt açıqlama

Rusiyalı filosof və politoloq Aleksandr Duqin kürd siyasi hərəkatları və onların beynəlxalq müttəfiqləri barədə sərt və mübahisəli fikirlər səsləndirib.

Duqinin sözlərinə görə, kürd qüvvələrinin Qərb ölkələrinə güvənməsi onların əsas strateji səhvlərindən biridir. O bildirib ki, kürdlər tarix boyu xarici güclərə arxalanaraq siyasi məqsədlərinə çatmağa çalışsalar da, bu strategiya nəticə verməyib.

Filosof belə deyib:

“Kürdlər hər yerdə uğursuz olur. Onlar getdikcə daha çox onlara xəyanət edən ABŞ və İsrailə inanırlar. Bu dəfə də eyni şey olacaq. Yazıq kürdlər. Yaxşı insanlardır, amma strateji düşünmə qabiliyyətindən tamamilə məhrumdurlar. Bu da onların niyə bu günə qədər dövlətə sahib olmadıqlarını çox yaxşı izah edir.”

Duqin həmçinin iddia edib ki, Yaxın Şərqdə kürd hərəkatlarının dəfələrlə beynəlxalq güclər tərəfindən istifadə olunub sonra isə kənara qoyulması regionun siyasi tarixində təkrarlanan bir prosesdir.

 

Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr