AZ

İran 1000 kiloqramlıq nəhəng bomba ilə VURULDU – VİDEO

İrana 1000 kiloqramlıq nəhəng bomba ilə zərbə endirilib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici hərbi mənbələr məlumat yayıb.

İran ərazisinə 1000 kiloqram ağırlığında olan olduqca güclü bomba ilə zərbə endirildiyi bildirilir. Verilən məlumata görə, bu növ aviasiya bombaları hədəfə çatdıqda sarsıdıcı dağıntılara səbəb olur.

Tədqiqatçıların qeydlərinə əsasən, belə bir bombanın partlaması nəticəsində yerdə dərinliyi 5 metrə çatan nəhəng çuxur yaranır. Eyni zamanda, bombanın qəlpələrinin partlayış mərkəzindən 350 metr məsafəyə qədər ətrafa səpələndiyi və böyük ərazidə canlı qüvvəni, habelə texnikanı məhv etmək qabiliyyətinə malik olduğu vurğulanır.

Hazırda zərbənin dəqiq koordinatları və törətdiyi dağıntıların miqyası barədə araşdırmalar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
125
interpress.az

1Mənbələr