AZ

Neymar yenidən millidə oynaya bilər

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarı yenidən yığmaya dəvət etməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, mart ayında Fransa və Xorvatiya ilə keçiriləcək yoldaşlıq oyunları öncəsi təcrübəli hücumçunun yığmaya qayıtmaq şansı artıb.

"UOL Esporte" nəşrinin məlumatına görə, Rodriqonun aldığı ciddi zədə Ançelottinin bu qərarına birbaşa təsir göstərib. Hazırda italiyalı mütəxəssis 34 yaşlı forvardın fiziki durumunu və onun mart toplanışındakı faydasını dəyərləndirir. 

Qeyd edək ki, Neymar Braziliya millisinin heyətində keçirdiyi 128 matçda 79 qol və 59 məhsuldar ötürmə ilə yadda qalıb. Futboçu sonuncu dəfə Braziliya yığmasının formasını 2023-cü ilin oktyabrında geyinib.

Seçilən
18
unikal.az

1Mənbələr