AZ

Qadın manikürünə DÖVLƏT NƏZARƏTİ: Uzunluq QOST-la ÖLÇÜLƏCƏK

Qadınlarda dırnaq uzunluğuna dövlət standartı gətirilməsi təklif olunur.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyada ictimaiyyət nümayəndələri qadınların, xüsusilə də məktəbli qızların dırnaq uzunluğunun xüsusi dövlət standartları (QOST) ilə məhdudlaşdırılması təşəbbüsü ilə çıxış ediblər.

Onlar hesab edirlər ki, müasir məktəblilərin uzun dırnaq saxlaması bir çox fəsadlara yol açır.

Təklif müəlliflərinin fikrincə, uzun dırnaqlar bədənin təbii inkişafına mane olur, sağlamlıq üçün risklər yaradır, həmçinin uşaqları dərslərdən yayındırır.

Bundan əlavə, belə manikürün gündəlik məişət işlərində və hərəkətlərdə çətinlik yaratdığı vurğulanır.

Aktivistlər dırnaq uzunluğunun standartlaşdırılmasının həm sağlamlıq, həm də təhsilin keyfiyyəti baxımından vacib olduğunu müdafiə edirlər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
23
interpress.az

1Mənbələr