ABŞ dövlət katibi Marko Rubio NATO müttəfiqi olan Türkiyənin suverenliyinə edilən hücumların qəbuledilməz olduğunu bildirib.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Tommi Piqot məlumat verib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı zamanı Rubio Türkiyənin suveren ərazisinə hücumların qəbuledilməz olduğunu və ABŞ-dan tam dəstək alacağını vurğulayıb.
Qeyd edək ki, dünən İrandan buraxılan, sonra isə İraq və Suriya hava məkanını keçərək Türkiyə hava məkanına istiqamətləndiyi müəyyən edilən ballistik raket Aralıq dənizinin Şərqində yerləşən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.