Yaxın Şərqdə gərginlik yeni mərhələyə keçir və İranın qərbində vəziyyət sürətlə dəyişir.
Musavat.com xəbər verir ki, müxtəlif beynəlxalq mənbələrin yaydığı məlumatlara görə, İraq kürdlərindən ibarət silahlı terror qruplaşmalar İran ərazisinə keçərək hücuma başlayıb.
Məlumatlara əsasən, minlərlə kürd terrorçu İraqdan İranın qərb bölgələrinə daxil olub və döyüş mövqeləri tutmağa başlayıb. Hadisə barədə ilk xəbərləri Fox News yayıb.
Bildirildiyinə görə, bölgədə əməliyyatlar davam edir və vəziyyət getdikcə daha da gərginləşir. Eyni zamanda iddialara əsasən, İsrail qırıcıları İranın qərbində kürd terror qruplaşmalarına hava dəstəyi verir.
İran isə buna dərhal reaksiya verib. Məlumata görə, SEPAH qüvvələri İraqdan İrana daxil olan kürd dəstələrinə qarşı dron zərbələri endirməyə başlayıb.
Axios nəşri isə amerikalı mənbələrə istinadən yazır ki, bəzi kürd-iran silahlı terror qruplaşmaları Mossad və Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən dəstəklənə bilər.
Mənbələrin sözlərinə görə, məqsəd İran daxilində müəyyən əraziləri ələ keçirməklə rejimə meydan oxumaq və ölkə daxilində daha geniş üsyana ilham verməkdir.
Hazırda İranın qərbində hərbi əməliyyatların davam etdiyi və vəziyyətin sürətlə dəyişdiyi bildirilir.
Musavat.com