AZ

Mark Rutte: NATO kollektiv müdafiə bəndini tətbiq etməyə hazırdır

Bakı, 5 mart, AZƏRTAC

NATO İrana qarşı kollektiv müdafiə ilə bağlı 5-ci maddənin mümkün tətbiqinə hazırdır.

AZƏRTAC xəbər verir ki, NATO-nun Baş katibi Mark Rutte bu açıqlamanı “Newsmax” telekanalına müsahibəsində, alyansın mümkün hadisələrə reaksiyası ilə bağlı sualı cavablandırarkən səsləndirib.

“Biz buna hazırlaşmışıq. Hazırda NATO daxilində gördüyümüz əsas iş alyansın ərazisinin hər qarışının qorunmasını təmin etməkdir”, – deyə Rutte vurğulayıb.

Seçilən
129
3
azertag.az

4Mənbələr