AZ

Keçmiş məcburi köçkün: Bu torpaqlar uğrunda canını verənlərə minnətdarıq

BAKI, 5 mart. TELEQRAF

“Bu torpaqlar uğrunda canını verən, qanını tökən hər bir vətən oğluna minnətdarıq”.

Teleqraf xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ağdama qayıdan keçmiş məcburi köçkün Aysaba Bağırova deyib.

O bildirib ki, illər sonra doğma yurda qayıtmaq onlar üçün böyük sevinc və qürur hissidir.

“Biz bu cür igidlərimizin və dövlətimizin sayəsində doğma yurdumuza qayıdırıq. Ailəmizlə birlikdə Ağdama gedirik. Biz bunların hamısını şəhidlərimizə, qazilərimizə borcluyuq. Mənim oğlum da qazidir. Bir ana kimi, bir ağdamlı kimi çox sevinirəm”, – deyə Aysaba Bağırova vurğulayıb.

Seçilən
15
teleqraf.com

1Mənbələr