AZ

Silahlı İraq kürdləri İrana sızdı: Marivan şəhəri mühasirəyə alınıb

İraqda yerləşən kürd silahlı qruplaşmaları İrana qarşı hərbi əməliyyata başlayıb.

Bu barədə tanınmış jurnalist Elçin Alıoğlu öz Facebook səhifəsində Fox News-a istinadən yazıb.

Alıoğlunun sözlərinə görə, məlumatı "Axios" nəşri və İraq Kürdüstanı hökumətindəki rəsmilər də təsdiqləyir. İraq Kürdüstanı hökumət nümayəndəsinin bildirdiyinə görə, "Peşmərgə" ordusu martın 2-si, bazar ertəsi günü İran ərazisində döyüş mövqeləri tutmağa başlayıb. Mənbə əməliyyatın gecə yarısı başladığını dəqiqləşdirib. O bildirib ki, martın 3-də İran qoşunları sərhədyanı Marivan şəhərini tərk edib və həmin ərazinin ətrafında müdafiə mövqeləri qurmağa başlayıb.

Hazırda bir çox mənbə, o cümlədən yüksək rütbəli ABŞ rəsmisinə istinad edən "Axios" müxbiri Baak Ravid bu faktı təsdiqləyir: Kürd militanları İranın şimal-qərbində quru hücumuna başlayaraq rejimə qarşı yeni cəbhə açıblar.

Seçilən
97
aznews.az

1Mənbələr