Son günlərdə İspaniya milli futbol komandasının 2026 Dünya Çempionatından çəkilə biləcəyi ilə bağlı məlumat yayılıb.
Offsideplus.az xəbər verir ki, bu iddiaların ABŞ ilə diplomatik gərginlik fonunda ortaya çıxdığı bildirilir.
Məlumata görə, gərginlik ABŞ prezidenti Donald Trumpın İspaniyanı açıq şəkildə tənqid etməsindən sonra artıb. Səbəb isə Madrid hökumətinin İranla bağlı hərbi əməliyyatlar üçün ABŞ hərbi təyyarələrinin İspaniyadakı bazalardan istifadə etməsinə icazə verməməsi olub.
Mətbuat konfransında Trump belə deyib:
“İspaniya çox pis davranıb… İspaniya ilə bütün ticarəti dayandıracağıq. Onlarla heç bir əlaqə istəmirik.”
O həmçinin İspaniyanın ABŞ üçün “lazım olan heç nəyə sahib olmadığını” iddia edib, lakin İspan xalqını təriflədiyini də əlavə edib.
Məlumatlara görə, İspaniya Kral Futbol Federasiyası yaranmış vəziyyəti qiymətləndirir və müxtəlif variantları nəzərdən keçirir. Lakin 2026-cı il FIFA Dünya Çempionatı 2026ndan çəkilməklə bağlı rəsmi qərar hələ açıqlanmayıb.