AZ

Adı qalmaqallarda hallanan, atasının “qapıçısı” olan Müctəba Xamenei kimdir?

İranın mərhum Ali Lideri Seyid Əli Xameneinin oğlu Müctəba Xameneinin atasının postuna təyin edilməsi barədə məlumat yayılıb.

Publika.az xəbər verir ki, “Reuters” onun şəxsiyyəti və həyat yoluan nəzər salıb.

Bəs Müctəba Xamenei kimdir?

İranda Ali Lider postuna əsas namizədlərdən biri kimi göstərilən Müctəba Xamenei uzun illərdir ölkənin siyasi və təhlükəsizlik elitası daxilində təsirli fiqur sayılır. O, ABŞ-İsrail hücumlarında öldürülən Ali Lider Əli Xameneinin oğludur və atasının vəfatından sonra potensial varis kimi ön plana çıxıb.

56 yaşlı Müctəba Xamenei ABŞ-İsrail hava müharibəsindən sağ çıxıb və hakimiyyət dairələrində ali lider postuna əsas namizədlərdən biri kimi qiymətləndirilir.

Seçilən
109
publika.az

1Mənbələr