AZ

CIA Xamneyiyə qarşı əməliyyatı 2025-ci ildən hazırlayırmış

CIA Xamneyiyə qarşı əməliyyatı 2025-ci ildən hazırlayırmış

İranın ali lideri Əli Xamneyinin öldürülməsi ilə nəticələnən əməliyyatın detalları üzə çıxıb.

AFN.az Fransanın "Intelligence Online" portalına istinadən xəbər verir ki, ABŞ kəşfiyyatı bu sui-qəsdin hazırlıqlarına hələ 2025-ci ilin iyununda, İranın nüvə obyektlərinə endirilən zərbələrdən dərhal sonra başlayıb.

Mənbə qeyd edir ki, "Gecəyarı çəkici" (Midnight Hammer) əməliyyatı çərçivəsində B-2 "stealth" bombardmançıları İranı vurduqdan sonra CIA regionda kəşfiyyat şəbəkəsini maksimum gücləndirib. Əməliyyatın ilkin mərhələsində Pentaqon və Ağ Ev arasında fikir ayrılıqları yaransa da, sonradan bütün resurslar Xamneyinin hərəkət trayektoriyasının izlənilməsinə yönəldilib. Bu fəaliyyət İsrail xüsusi xidmət orqanları ilə sıx koordinasiya şəraitində həyata keçirilib.

Fevralın 28-də reallaşan həlledici reyddən bir neçə gün əvvəl isə CIA psixoloji müharibə üsullarına əl ataraq, fars dilində xüsusi müraciətlər yayımlayıb. Həmin müraciətlərdə daxili müxalif qüvvələrə Amerika kəşfiyyatı ilə təhlükəsiz əlaqə qurmağın yolları təlimatlandırılıb. Çoxaylıq texniki və agentura izləmələrinin nəticəsi olaraq ali liderin iqamətgahına zərbə endirilməsi mümkün olub.

Seçilən
85
afn.az

1Mənbələr