Hörmüz boğazında hərəkətin faktiki dayanması səbəbindən təxminən 20 min dənizçi gəmilərdə ilişib qalıb.
Musavat.com "The National" qəzetinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Arsenio Dominqes məlumat verib.
“Hazırda müşahidə etdiyimiz vəziyyət ciddi narahatlıq doğurur… Mövcud şəraitə görə 20 min dənizçi gəmilərdə ilişib qalıb”, - deyə Dominqes bildirib.
O vurğulayıb ki, dünya neft ixracının böyük hissəsi məhz Hörmüz boğazından keçir.
Baş katibin sözlərinə görə, Fars körfəzini Oman və Hind okeanı ilə birləşdirən bu strateji boğazda hərəkətin məhdudlaşdırılması qlobal ticarətə və dəniz nəqliyyatının təhlükəsizliyinə ciddi mənfi təsir göstərir.
İqbal RZAYEV,
Musavat.com