AZ

Keçmiş məcburi köçkün: 32 yaşımda 4 nəfərlə çıxmışdıq, 66 yaşımda 10 nəfərlə qayıdıram

Bakı, 5 mart, AZƏRTAC

Otuz ildən çox müddətdə yarımtikilidə yaşamışıq. Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Doğma Ağdamımıza gedirik. Allah dövlətimizi qorusun.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ağdam şəhərinə qayıdan keçmiş məcburi köçkün Əbülfət Süleymanov deyib.

O bildirib ki, 32 il öncə məcburi çıxarıldığı doğma yurduna hazırda böyük bir ailə ilə qayıdır.

“Ağdamdan çıxarılanda 32 yaşım var idi, 4 nəfərlə çıxmışdıq. İndi isə 66 yaşımda 10 nəfərlə qayıdıram - nəvələrimlə, ailəmlə birlikdə. Öz doğma yurdumuza qayıdırıq. Şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə cansağlığı versin”, - deyə Ağdam sakini əlavə edib.

 

Seçilən
22
3
azertag.az

4Mənbələr