AZ

Azərbaycan kuboku: “Qəbələ” “Sabah”a qarşı

Bu gün Bizon Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

Publika.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.

“Kəpəz” “Turan Tovuz”u qəbul edəcək. Bu komandaların ilk oyununda Tovuz təmsilçisi 1:0 hesabıyla qalib gəlib. Bu cütün qalibi finala vəsiqə uğrunda “Zirə” ilə mübarizə aparmalı olacaq.

Sonuncu görüşü isə “Qəbələ” ilə “Sabah” arasında keçiriləcək. Tərəflər ilk oyundan qolsuz bərabərliklə ayrılıblar. Qalib tərəf yarımfinalda “Qarabağ”la üz-üzə gələcək.

Daha öncə “Zirə” və “Qarabağ” yarımfinala vəsiqəni təmin ediblər.

Seçilən
46
publika.az

1Mənbələr