Ermənistanın müdafiə naziri Suren Papikyan Azərbaycanın Geqarkunik və Cermuk bölgəsində irəliləyiş etdiyi və mövqelərini yaxşılaşdırdığı barədə yayılan şayiələri "dezinformasiya" adlandırıb.
"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bu məsələ barədə o, Milli Məclisdə hökumət saatı zamanı danııb.
Mövzunu "Birlik Qanadları" siyasi təşəbbüsünün rəhbəri Arman Tatoyan qaldırıb. O, ötən ilin iyul-avqust aylarında Azərbaycan silahlı qüvvələrinin guya sərhəd mövqelərini adladığını iddia edib.
"Bu şəxs yalan danışır; belə bir şey baş verməyib", - Papikyan bildirib və bu cür açıqlamaların Ermənistanın sülh yoluna çıxmasına mane olacağına əminliyini vurğulayıb.
Telegram kanalımız