AZ

Bakıda vergi sistemi ilə bağlı forum keçirilir

Bakı. Trend:

Bakıda “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modelivə data əsaslı qərarlar” mövzusunda forum keçirilir.

Trend xəbərverir ki, forumda Baş nazirin müavini Samir Şərifov, iqtisadiyyatnaziri Mikayıl Cabbarov, Dövlət Vergi Xidmətinin rəisi OrxanNəzərli və digər rəsmilər iştirak edirlər.

Forumun məqsədi vergi sistemində yeni idarəetmə modellərinin,rəqəmsal həllərin və data əsaslı qərarvermə mexanizmlərininmüzakirəsi, həmçinin vergi qanunvericiliyində aparılandəyişikliklər və vergi inzibatçılığında müasir yanaşmaların təqdimedilməsidir.

Forum çərçivəsində vergi sistemində gender məsələlərinə dairvideoçarx nümayiş etdiriləcək və vergi ödəyicilərinin təltifedilməsi mərasimi keçiriləcək.

Daha sonra təqdimatlar bölməsində rəqəmsal iqtisadiyyatıninkişafı və vergi inzibatçılığında rəqəmsal həllər mövzusunda birgətəqdimat keçiriləcək. Təqdimatda 4SİM-in icraçı direktoru FarizCəfərov, Dövlət Vergi Xidmətinin Data analitika idarəsinin rəisiRoman Bandurin və Rəqəmsal vergi inzibatçılığı baş idarəsinin şöbərəisi Günay Mahmudova çıxış edəcəklər.

Bundan əlavə, Dövlət Vergi Xidmətinin Vergi siyasəti başidarəsinin rəisi Nicat İmanov və həmin idarənin şöbə rəisi GülnarAğazadə tərəfindən vergi qanunvericiliyinə edilən dəyişikliklər vəformalaşmış stereotiplər mövzusunda təqdimat olacaq.

Forum çərçivəsində intizamlı vergi ödəyicilərinə təşəkkürvideoçarxı nümayiş etdiriləcək, vergi ödəyicilərinin növbətitəltifetmə mərasimi keçiriləcək.

Xəbər yenilənəcək

Məqalədə:
Seçilən
117
3
az.trend.az

4Mənbələr