AZ

Üç ildən sonra oğlu ilə eyni taleyi yaşadı... - FOTO

Dünən səhər saatlarında Bakı-Quba yolunun Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində baş verən yol qəzasında ağır yaralanan şəxs vəfat edib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, iki yük maşınının toqquşması nəticəsində ağır xəsarətlər alan Siyəzən rayon sakini 1977-ci il təvəllüdlü Babək Şükür oğlu Abbasov ölüb.

Bildirilib ki, onun oğlu Nihat Abbasov da 2023-cü ildə avtomobil qəzasında həlak olub.

Qeyd edək ki, “MAN” və “HOWO” markalı yük avtomobillərinin toqquşması nəticəsində daha bir nəfər xəsarət alıb.

Seçilən
112
3
manset.az

3Mənbələr