AZ

İran SQ: “Türkiyə ərazisinə raket atmamışıq”

İran Silahlı Qüvvələri Türkiyə ərazisinə doğru raket buraxıldığı barədə iddiaları təkzib edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, İran tərəfindən Türkiyə torpaqlarına doğru heç bir raket atılmayıb.

“İran ordusu Türkiyənin suverenliyinə və ərazi bütövlüyünə hörmət edir. İran regiondakı gərginlik fonunda yayılan bəzi məlumatlar həqiqəti əks etdirmir. Biz qonşu ölkələrlə münasibətlərə xüsusi önəm veririk”, - İran Silahlı Qüvvələrinin açıqlamasında vurğulanıb.


Telegram kanalımız
Seçilən
53
yenisabah.az

1Mənbələr