AZ

Azərbaycanda bir gündə 48 cinayət açılıb – DİN

Martın 4-də Azərbaycanda polis əməkdaşları ölkə ərazisində qeydə alınan 48 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılmasını təmin edib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin Mətbuat Xidmətinin məlumatına görə, axtarışda olan 94 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bildirilib ki, narkotiklərlə əlaqəli 20 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 19 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər də saxlanılıb.

Gülnar Nazimqızı 

Seçilən
26
1
anews.az

10Mənbələr