AZ

Rubio Türkiyə ərazisinə endirilən zərbələri qəbuledilməzADLANDIRDI

ABŞ dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İran və Yaxın Şərqdəki son hadisələri müzakirə etmək üçün telefon danışığı aparıb.

Bu barədə Redaktor.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən məlumat yayıb.

Bəyanatda bildirilib ki, dövlət katibi Türkiyənin suveren ərazisinə hücumların qəbuledilməz olduğunu vurğulayıb və ABŞ-nin Ankaraya tam dəstəyini ifadə edib. Tərəflər həmçinin ikitərəfli münasibətlərin davamlı şəkildə möhkəmləndirilməsini bir daha təsdiqləyiblər.

Qeyd edək ki, martın 4-də Türkiyə Müdafiə Nazirliyi İrandan atılan və İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına daxil olan ballistik raketin NATO-nun hava və raketdən müdafiə qüvvələri tərəfindən ələ keçirildiyini açıqlamışdı.

Məlumata görə, raketin bir parçası Hatay əyalətinə düşüb, hadisə nəticəsində xəsarət alan olmayıb.

Aminə ŞAHSUVARQIZI

Seçilən
77
1
redaktor.az

2Mənbələr