AZ

Küsülü olduqları oğullarını belə təbrik etdilər - FOTOLAR

Devid və Viktoriya Bekhemlər ailə ilə münasibətləri gərgin olan böyük oğulları Bruklin Bekhemin ad gününü sosial mediada paylaşım edərək qeyd ediblər.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, cütlük 27 yaşı tamam olan oğullarının uşaqlıq fotolarını paylaşaraq onu təbrik edib.

Devid Bekhem həyat yoldaşı Viktoriyanı etiketləyərək, oğlunu təbrik edib.

“Bu gün 27 yaşı var. Ad günün mübarək, Bust. Səni sevirik”, - o yazıb.

Viktoriya Bekhem də oğlunun uşaqlıq fotosunu paylaşıb:

“Ad günün mübarək, Bruklin. Səni çox sevirəm”, onun paylaşımında deyilir.

Qeyd edək ki, Bruklin Bekhem bir müddət əvvəl ailəsi ilə münasibətlərinin pozulduğunu bildirmişdi. O, valideynlərinin şəxsi həyatına müdaxilə etdiyini və ailə münasibətlərində ictimai imicin ön planda tutulduğunu iddia etmişdi.

2022-ci ildə Nikola Peltz ilə evlənən Bruklin Bekhem açıqlamasında valideynlərinin bu evliliyə qarşı olduğunu və münasibətlərinə müdaxilə etdiyini də dilə gətirmişdi.

Bundan başqa, Bruklin Bekhem son dövrlərdə ailə ilə bağlı bir sıra tədbirlərdə iştirak etməyib. O, anası Viktoriyanın sənədli serialının premyerasına, həmçinin atasının London premyerasına qatılmayıb. Bruklin və həyat yoldaşı Devid Bekhemin 50 illik yubiley tədbirlərində , eləcə də, Vindzor qəsrində cəngavər titulu aldığı tədbirdə də iştirak etməyiblər.

Buna baxmayaraq, Devid Bekhemin daha əvvəl də oğluna barışıq mesajı göndərdiyi bildirilir. O, Yeni il gecəsi ailə fotolarını paylaşaraq, “Hamınızı çox sevirəm. Siz mənim həyatımsınız” sözlərini yazmışdı.

"Cebheinfo.az"

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr