AZ

Ağır qəza oldu -

Goranboy-Tərtər avtomobil yolunda iki avtomobilin toqquşması nəticəsində beş nəfər xəsarət alıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində baş verib.

"Nissan" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 2003-cü il təvəllüdlü R.Şükürov, M.Kərimov (1955), M.Baxışəliyev (1990), N.Məmmədov (2002) və İ.Furidinli (2008) müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
120
2
metbuat.az

3Mənbələr