AZ

Ötən ay neçə uşaq övladlığa verilib? - RƏSMİ

Bakı. Trend:

2026-cı ilin fevral ayı ərzində 7-si qız, 8-i oğlan olmaqla 15uşaq övladlığa verilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Sosial XidmətlərAgentliyindən məlumat verilib.

Bildirilib ki, valideyn himayəsindən məhrum olmuş uşaqların ailəmühitində böyüməsinin təmin edilməsi, onların hüquqlarınınqorunması və sosial rifahının artırılması məqsədilə Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ardıcıl və sistemlitədbirlər həyata keçirilir:

"Ötən dövr ərzində respublika üzrə ümumilikdə 845 uşaq övladlığagötürülüb, 78 uşaq isə himayədar ailəyə verilib. 2026-cı ildə də buistiqamətdə işlər ardıcıl şəkildə davam etdirilir.

Nazirliyin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar,himayədar ailə və övladlığagötürmə” altsistemi vasitəsilə müvafiqkateqoriyadan olan uşaqların müəssisələrə yerləşdirilməsi, onlarınövladlığa və himayədar ailələrə verilməsi istiqamətində işaparılır. Görülən işlərin məqsədi uşaqların təhlükəsiz, qayğı doluvə sağlam ailə mühitində böyüməsini təmin etməkdir.

2019-cu ildən icra olunan övladlığagötürmə mexanizmi ilə yanaşı,ölkəmizdə 2023-cü ildən tətbiq olunan “Himayədar ailə” qayğı modeliuşaqların ailə mühitinə daha tez adaptasiyasına, onların sosial vəemosional ehtiyaclarının qarşılanmasına, təhlükəsiz və stabilmühitdə böyüməsinə şərait yaradır", məlumatda qeyd olunub.

Seçilən
132
1
az.trend.az

2Mənbələr