AZ

Bakıda ağır qəza: motosikletlə avtomobil toqquşdu (VİDEO)

Bakı.Trend:

Martın 3-ü, axşam saatlarında paytaxtın Səbail rayonu,Dənizkənarı yolu, Bibiheybət məscidinin qarşısında, mərkəzistiqamətində hərəkətdə olan minik avtomobili ilə “Lökbatan”dairəsi istiqamətində hərəkət edən motosikletin toqquşması ilənəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektualİdarəetmə Mərkəzindən məlumat verilib.

Müşahidələr göstərir ki, bəzi hallarda ikitəkərli nəqliyyatvasitələrinin sürücüləri yol hərəkəti qaydalarına əməl etsələrbelə, digər sürücülərin törətdikləri qayda pozuntuları nəticəsindəyol-nəqliyyat hadisələri baş verir. Bu cür qəzaların çox hissəsiölüm və xəsarətlə nəticələnir.

Sürücülər bilməlidirlər ki, qəzalar və onların ağırnəticələrinin qarşısını almaq üçün yol hərəkəti qaydalarına ciddiriayət edilməli, yollarda yüksək məsuliyyət nümayişetdirilməlidirlər.

Məqalədə:
Seçilən
143
16
az.trend.az

7Mənbələr