Bakının Bülbülə qəsəbəsində məsciddə qəsəbə sakinini qətlə yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Elvin Məmmədovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.Missiya.Az "Unikal"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib.Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib. Hökmə əsasən, Elvin Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, hadisə ötən il iyulun 26-ı səhər saat 5 radələrində Bülbülə qəsəbəsində baş verib.Belə ki, İmamzadə məscidində 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.Araşdırma zamanı məlum olub ki, Elvin Məmmədov namaz otağında, yatmış vəziyyətdə olan Nadir Səfərova bıçaqla 38 dəfə zərbə vuraraq, onu qətlə yetirib. Həmin gün Elvin Məmmədov 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəlləri ilə ittiham irəli sürülüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta