AZ

Hörmüz boğazı açıqdır və beynəlxalq protokollara uyğun fəaliyyət göstərir – İran Silahlı Qüvvələri

Hürmüz boğazı açıqdır və beynəlxalq protokollara uyğun fəaliyyət göstərir – İran Silahlı Qüvvələri

İnterpress.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

İran Silahlı Qüvvələrinin mərkəzi qərargahının komandanlığı Hürmüz boğazındakı mövcud vəziyyətlə bağlı bəyanat yayıb. “Xatəm-əl-Ənbiya” mərkəzi qərargahının rəis müavini Kiyumars Heydari bildirib ki, strateji əhəmiyyətli Hürmüz boğazı gəmilərin hərəkəti üçün tam açıqdır.

Onun sözlərinə görə, boğazdan keçən bütün su nəqliyyat vasitələri ilə beynəlxalq protokollara tam uyğun şəkildə əlaqə qurulur və qarşılıqlı fəaliyyət təmin edilir.

Bu açıqlama regionda hərbi və siyasi gərginliyin artdığı, eyni zamanda beynəlxalq dəniz ticarət yollarının təhlükəsizliyi ilə bağlı narahatlıqların yarandığı bir vaxtda verilib. Rəsmi Tehran dəniz yollarının təhlükəsizliyinə nəzarət etdiyini və hər hansı bir maneənin olmadığını vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
44
interpress.az

1Mənbələr