AZ

Azərbaycan regional və qlobal miqyasda etibarlı tərəfdaş imicinə malikdir - Kamaləddin Qafarov

Bakı. Trend:

Son on iki il ərzində qlobal enerji bazarının müxtəlifböhranlar, siyasi gərginliklər və iqtisadi çətinliklərlə üzləşdiyiinkarolunmaz faktdır. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan vətərəfdaşları Avropanın enerji təhlükəsizliyini real təminatmexanizminə çevirə bildilər.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, martın 3-də Bakı Konqres Mərkəzində keçirilənCənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclasları dabütün mürəkkəb geosiyasi reallıqlara rəğmən, ötən dövr ərzindəformalaşmış dayanıqlı əməkdaşlıq modelini bir daha nümayişetdirdi.

“Prezident İlham Əliyev tədbirdə etdiyi çıxışında son on ikiilin təcrübəsinə nəzər salaraq bildirdi ki, çətinliklərəbaxmayaraq, bir sıra ölkələrin enerji təminatı artıq gündəlikhəyatın sabit elementinə çevrilib. Bu fikir göstərir ki, layihəyalnız kommersiya deyil, sosial sabitlik amilidir. Enerjiçatışmazlığı yaşayan ölkələr üçün davamlı təchizat iqtisadi artımınvə ictimai rifahın əsas şərtidir”.

K.Qafarov Prezident İlham Əliyevin "yaşıl enerji" gündəliyi iləbağlı səsləndirdiyi fikirlərin önəmini xüsusi qeyd edib:

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, istehsalçı, tranzitvə istehlakçı ölkələr arasında formalaşmış qarşılıqlı faydaprinsipi hər bir layihənin uğurunun əsas dayağıdır. Azərbaycanıniştirak etdiyi meqalayihələrdə isə, bu model klassik enerjimünasibətlərindən fərqli olaraq, daha çox tərəfdaşlıq ruhunaəsaslanır. Məhz bu səbəbdən Cənub Qaz Dəhlizi artıq tam gücü iləişləyir və mövcud infrastruktur artan tələbat fonundagenişləndirilmə perspektivləri ilə müzakirə olunur. Yeniinterkonnektorlar və əlavə ötürücülük imkanları isə gələcək illərdəlayihənin əhatə dairəsini daha da genişləndirə bilər. Bununlayanaşı, enerji siyasətində "yaşıl gündəliy"in ön plana çıxmasıxüsusi diqqət çəkir. Prezident İlham Əliyev xüsusi olaraq belə birmühüm məqamı da diqqət mərkəzinə çəkdi ki, regionun indiyədək ənböyük – 240 meqavat gücündə külək elektrik stansiyasının istifadəyəverilməsi Azərbaycanın enerji keçidinə sadiqliyini nümayiş etdirir.Layihənin ACWA Power tərəfindən maliyyələşdirilməsi və icrası isəbeynəlxalq investorların ölkəyə olan etimadının göstəricisidir. Bu,ənənəvi enerji ixracatçısı olan Azərbaycanın paralel olaraqbərpaolunan enerji mərkəzinə çevrilmək niyyətini ortaya qoyur.Təbii ki, strateji baxımdan mühüm məqamlardan biri də ABŞ iləmünasibətlər kontekstində imzalanmış Strateji TərəfdaşlıqXartiyasının praktik nəticələridir. Bu sənəd enerji ilə yanaşı süniintellekt, nəqliyyat bağlılığı və digər sahələri əhatə etməkləəməkdaşlığın çoxşaxəli xarakter aldığını göstərir. Prezident İlhamƏliyev məhz bu çərçivədə reallaşan layihələrin artıq konkretnəticələr verdiyini də diqqətə çatdırdı. Beləliklə, Cənub QazDəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları paralel inkişaf edən ikiistiqaməti təcəssüm etdirir. Bunlardan biri ənənəvi enerjitəhlükəsizliyinin möhkəmləndirilməsi, digəri dayanıqlı enerjikeçidinin sürətləndirilməsidir. Azərbaycan isə hər iki sahədətəşəbbüskar rolunu qoruyaraq regional və qlobal miqyasda etibarlıtərəfdaş imicini gücləndirir” .

Seçilən
100
13
az.trend.az

10Mənbələr