İran ABŞ-ni bölgədə iqtisadi və hərbi infrastrukturun məhv edilə biləcəyi ilə hədələyib.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Xatəm əl-Ənbiya” Qərargahının sözçüsü, polkovnik İbrahim Zülfüqari açıqlama verib.
O bildirib ki, Vaşinqtonun davam edən “təxribatları və aldatmaları” regionda ciddi nəticələrə səbəb ola bilər. Zülfüqari ABŞ-yə sərt xəbərdarlıq edərək qeyd edib ki, bu cür addımlar bölgədə yerləşən hərbi və iqtisadi obyektlərə ciddi zərər yetirə bilər.
Sözçünün iddiasına görə, əməliyyatlar zamanı 10 ədəd pilotsuz uçuş aparatı məhv edilib. Onların arasında Hermes 450 UAV və MQ-9 Reaper tipli dronların da olduğu bildirilir.
Bundan əlavə, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin həyata keçirdiyi dəniz əməliyyatı zamanı FPS-132 erkən xəbərdarlıq radarının da zərərsizləşdirildiyi iddia olunur.