AZ

"Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin sayı 1 milyonu ötüb" - Nazir

2019-cu ilin əvvəli ilə müqayisədə 2025-ci ildə müqavilələrin sayında qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin cəminin xüsusi çəkisi 38,5 faizdən 54,4 faizə yüksəlib. Sektorda müqavilələrin sayı isə 1,9 dəfə artaraq 1 milyonu ötüb və dövlət sektorunun göstəricisini üstələməyə davam edir.

"Unikal" xəbər verir ki, bunu “Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forumdakı çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, ötən il Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi baxımından əlamətdar il olub.

“Sülh gündəliyinə dair irəliləyişin əldə olunması ölkəmiz və region üçün böyük iqtisadi inkişaf perspektivləri açıb. Qlobal iqtisadi tərəfdaşlarla imzalanmış strateji tərəfdaşlıq sənədləri Azərbaycanın artan geoiqtisadi rolunu daha da gücləndirir. Bu tərəfdaşlıqlar investisiya, ticarət, enerji, rəqəmsal transformasiya, süni intellekt, yüksək texnologiyalar və digər sahələrdə qlobal dəyər zəncirlərinə daha sıx inteqrasiya üçün yeni imkanlar yaradır”, - deyə nazir əlavə edib.

Seçilən
80
unikal.az

1Mənbələr