PSJ-nin baş məşqçisi Luis Enrike gələcəkdə "Barselona"ya qayıda bilər.
Publika.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.
İspaniyalı mütəxəssis 2027-ci ildə Kataloniya klubuna qayıtmaq variantını istisna etmir. Bildirilir ki, o artıq "Barsa" rəhbərliyinə Paris təmsilçisinin vingeri Bredli Barkolanı da özü ilə birlikdə "Kamp Nou"ya gəlməyə razı sala biləcəyini çatdırıb.
Xatırladaq ki, Luis Enrike "Barselona"nı 2014–2017-ci illərdə çalışdırıb. Onun rəhbərliyi altında Kataloniya klubu 3 dəfə İspaniya Kubokunu, 2 dəfə La Liqanı, həmçinin İspaniya Superkubokunu, Çempionlar Liqasını, UEFA Superkubokunu və klublararası dünya çempionatını qazanıb.