AZ

Nicat Kazımova yeni vəzifə verildi

Əməkdar artist Nicat Kazımov Azərbnaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni vəzifəyə təyin olunub.

Sitat.info bildirir ki, “Report”un əldə etdiyi məlumata görə, rejissor bundan sonra teatrın yaradıcılıq şöbəsinin müdiri vəzifəsini icra edəcək.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edib.

Qərara əsasən, “Teatr və teatr fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, strukturu və ştat cədvəlləri yenidən işlənilərək təsdiqlənib.

Seçilən
44
13
sitat.info

10Mənbələr