AZ

Xətaidə gecə ilə obyekt tikib, piyada səkisini zəbt etdilər – FOTOFAKT

Xətai rayonunda yeni inşa olunan tikili piyada səkisini zəbt edib.

Bu barədə Xətai rayon sakini Lətif Məmmədov Bizim.Media-ya ünvanladığı şikayət məktubunda bildirib.

O qeyd edib ki, Xətai rayonu, Sarayevo küçəsində bir neçə gün ərzində, gecə saatlarında çalışaraq yeni obyekt tikiblər:

“Özüm işə buradan gedib-gəlirəm. Yeni tikili hesabına səki zəbt olunub. Piyadalar məcbur olub avtomobil yoluna çıxırlar. Bu da onların həyatları üçün risk yaradır”.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanladıq. Komitədən Bizim.Media-ya bildirildi ki, məsələ araşdırıldıqdan sonra ətraflı məlumat veriləcək.

Mövzunu diqqətdə saxlayacağıq.




Surxay Atakişiyev, Bizim.Media

Seçilən
106
1
bizim.media

2Mənbələr