AZ

Goranboy RİH-də müşavirə keçirilib - Bu məsələlər müzakirə edildi (FOTOLAR)

Goranboy Rayon İcra Hakimiyyəti başçısı yanında pambıqçılıqla bağlı müşavirə keçirilib. 

"Unikal" xəbər verir ki, Goranboy rayonunda kənd təsərrüfatının ənənəvi və strateji istiqamətlərindən biri olan pambıqçılıq son illərdə mühüm inkişaf mərhələsinə qədəm qoymuşdur.

Dövlətin aqrar sahəyə göstərdiyi çoxşaxəli dəstək, subsidiyaların artırılması və pambığın bazar qiymətinin yüksəlməsi bu sahəyə olan marağı əhəmiyyətli dərəcədə artırmışdır. Nəticədə, pambıq əkini məqsədilə torpaq icarəsi üzrə bağlanmış müqavilələrin sayı və əhatə etdiyi sahələrin həcmi ildən-ilə genişlənməkdədir. Rayonda pambıqçılığın inkişafının təmin edilməsi, bu məqsədlə, torpaq icarəsi üzrə müqavilələrin artım dinamikası, müvafiq  şirkətlərlə qurulan əməkdaşlıqlar, əkin işlərinin aparılması, suvarılması və becərilməsi vəziyyəti ilə bağlı, rayon İcra Hakimiyyətində operativ müşavirə keçirildi.

İcra başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə keçirilən müşavirədə, rayonun aidiyyəti xidmət sahələrinin və pambıq məntəqələrinin rəhbərləri, aidiyyəti inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etdilər. Pambıqçılığın inkişafında mövcud vəziyyət əsaslı təhlil edildi və bununla bağlı rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən müvafiq tapşırıqlar və tövsiyələr verildi. Məlumat üçün bildiririk ki, “Azərpambıq” MMC, “Prime Cotton” MMC, “Goran Cotton” MMC və “Azərşəkər” MMC ilə mülkiyyətçilər arasında bağlanılmış müqavilələr əsasında, 2025-ci ildə 1983,3 hektarda becərilmiş pambıq tarlalarından ümumilikdə: 6030 ton məhsul əldə olunmuş, orta məhsuldarlıq isə 30,4 sentner/hektar təşkil etmişdi. Hazırda,  2026-cı ilin pambıq əkini məqsədilə isteehsalçılar və emal müəssisələri arasında müqavilələrin bağlanılması və torpaq sahələrinin şumlanması işləri aparılır.

Seçilən
119
50
unikal.az

10Mənbələr