Pentaqon və ən azı bir Fars körfəzi ölkəsi İranın “Şahid” pilotsuz təyyarələrinin hücumlarını dəf edə bilən tutucu qurğuların alınması üçün Ukrayna ilə danışıqlar aparır.
Redaktor.az xəbər verir ki, bu barədə “The Financial Times” qəzetinə Ukrayna rəsmiləri məlumat verib.
Ukrayna hərbi sənayesinin nümayəndəsi bildirib ki, Ukrayna sistemlərinin, hətta respublikadan kənarda istehsal olunan sistemlərin satışı Kiyevlə əlaqələndirilməlidir.
Qəzet qeyd edir ki, ABŞ və İsrailin hərəkətliliyi və gizliliyi səbəbindən İran dronlarını vurmaq ehtimalı daha aşağıdır. Dronlar ABŞ və İsrail ordusunun buraxılışdan əvvəl yerdəki buraxılış qurğularını və raket saxlama obyektlərini məhv etmək taktikasına daha az həssasdır.
Aminə ŞAHSUVARQIZI