AZ

“Bayden Amerikanın ən yaxşı silahlarını Kiyevə pulsuz verməklə çox ağılsız hərəkət edib” - Ağ Ev

ABŞ-ın keçmiş prezidenti Co Bayden Amerikanın ən yaxşı silahlarını Kiyevə təhvil verməklə çox ağılsız hərəkət edib.

Herbiand.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə bildirib.

O, İran ətrafında vəziyyətin gərginləşməsi fonunda ABŞ-ın Yaxın Şərqdəki Amerika bazalarını qorumaq üçün kifayət qədər silahın olub-olmadığı ilə bağlı müxbirin sualını cavablandırarkən belə deyib.

“Təəssüf ki, dörd il ərzində Ağ Evdə çox axmaq və səriştəsiz bir liderimiz var idi, hansı ki, ən yaxşı silahlarımızın əksəriyyətini çox uzaqda yerləşən Ukrayna adlı bir ölkəyə pulsuz verib. Bu, ağılsız bir qərar idi”, - Levitt söyləyib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
72
herbiand.az

1Mənbələr