5 mart 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov icra hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu keçirib.
Qəbul zamanı vətəndaşların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib və qeydiyyata alınıb.
Qəbulda səsləndirilən müraciətlər əsasən məşğulluq, sosial məsələlər, torpaq və infrastruktur problemləri ilə bağlı olub.
Belə ki, Masallı şəhər sakini işsizliklə bağlı müraciətini rayon rəhbərinin diqqətinə çatdırıb.
Boradigah qəsəbə sakini ərazidə körpünün salınması ilə bağlı müraciət edərək körpü tikintisi məsələsinin həllinə köməklik göstərilməsini xahiş edib.
Növbəti – Kosakül kənd sakini yaşadığı evin sənədləşdirilməsi, həmçinin övladının xəstə olması ilə əlaqədar maddi dəstək göstərilməsi və məhkəmə məsələsi ilə bağlı olan müraciətini rayon rəhbərinin diqqətinə çatdırıb.
Xırmandalı kənd sakini isə yol problemi ilə bağlı müraciət edərək, məsələni rayon rəhbərinin diqqətinə çatdırılıb.
Növbəti müraciət Hacıtəpə kənd sakini tərəfindən işsizlik və məşğulluq məsələsi ilə bağlı olub.
Sonuncu müraciət isə Boradigah qəsəbə sakini tərəfindən edilib. Vətəndaş “Azərenerji” ilə bağlı elektrik enerjisinin haqqının ödənilməsi məsələsində çətinlik çəkdiyini bildirərək rayon rəhbərindən dəstək istəyib.
Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin araşdırılması və qanunvericiliyə uyğun şəkildə həlli məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.